Sobada ballı toyuq qanadı resepti

Sobada ballı toyuq qanadı resepti
Yeməklər
10.09.2017 16
Tərkibi:

16 ədəd toyuq qanadı

2 xörək qaşığı ketçup

2 xörək qaşığı mayonez

2 xörək qaşığı bal

zövqə görə duz

zövqə görə istiot

çörək qırıntısı (suxariki) – irilərindən olsa daha yaxşı olar



Hazırlanması:


1. Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın (gecədən səhərə kimi qalsa, daha yaxşı olar).

2. İri listin dibinə kalka kağızı (baking paper) sərin. Çörək qırıntılarını dəyaz biz qaba qoyun.

3. Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.

4. 200C-lik sobada təxminən 40 dəqiqə ərzində, və yaxud qanadlar bişib üstləri qızarana kimi bişirin.




[/b]
[b]Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!