Hünkar bəyəndi kababı resepti (Türk mətbəxi)

Hünkar bəyəndi kababı resepti (Türk mətbəxi)
Yeməklər
10.09.2017 19
Tərkibi:
300 qr quzu ya da dana əti

1 ədəd qırmızı kapya bibər

1 orta boy soğan

2 ədəd orta boy pomidor

2 yemək qaşığı əlavə zeytun yağı

1 çay qaşığı bibər tomatı

Duz
[/b]
 
Bəyəndi üçün
1 kilo badımcan

2 yemək qaşığı un

2 yemək qaşığı duru və ya kərə yağı

3 su stəkanı süd

1 çay stəkanı dolusu təzə holland pendiri rəndəsi

Bir çimdik duz

Kiçik bir diş sarımsaq (arzuya görə)

 
[b]Hazırlanması:

İlk əvvəl badımcanlarımızı arzu etdiyimiz şəkildə közlüyürük.

Közlənən badımcanları bir paket içərisində ağzı bağlı olaraq
gözlədirik (paketə qoyulan közlənmiş badımcan buxarlanma təsiri ilə daha
asan soyulur)

Ətimizi və yağımızı bir tavaya alıb suyunu salıb çəkənə qədər bişiririk.

Soğanlarımızı və qırmızı bibərimizi kiçik kiçik doğrayıb əlavə edirik.

Pomidorlarımızı da küp küp doğrayıb qarışığa əlavə edirik.

Tomatımızı əlavə edib pomidorlar suyunu çəkənə qədər bişirməyə davam edirik.

Duzunu da əlavə edib ocaqdan alıb dincəlməyə buraxırıq.

Bəyəndi üçün unu və yağı bir tavaya alıb unun çiy qoxusu çıxana qədər qovururuq.

Südünü əlavə edərkən püre qatılığında olmasına diqqət edərək əlavə edirik.

Təmizlədiyimiz badımcanlarımıza kiçik bir diş sarımsağımızı əlavə
edib, incəcik əzərək və ya doğrayaraq bəyəndimizə əlavə edirik.

Rəndələnmiş holland pendirimizi və duzunu da əlavə edirik.

Qabın altına bəyəndi üstünə kababımızı sousuyla birlikdə qoyub servisə təqdim edirik
 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!