Pomidor souslu badımcan resepti

Pomidor souslu badımcan resepti
Yeməklər
10.09.2017 102
Tərkibi:

3 ədəd badımcan

3 ədəd bibər

4-5 ədəd pomidor

1 ədəd soğan

3 diş sarımsaq

2 xörək qaşığı duru yağ

1 çay qaşığı duz



Hazırlanması:

Soğanları doğrayaraq yağda rəngi dəyişənə qədər qovurun. Badımcanları kub-kub doğrayın. Rəngi dəyişən soğanlara badımcanları əlavə edin. Bibərləri doğrayın.

Badımcan və soğanlarla bir az qovrulduqdan sonra bibərləri əlavə edin. Yaxşıca bişənə qədər gözləyin, arada qarışdırın. Pomidorları doğrayın və qarışığın üzərinə əlavə edin. Sarımsaqları 2-3 hissəyə kəsərək əlavə edin. Duzunu da əlavə etdikdən sonra pomidorlar əriyənə qədər arada qarışdıraraq bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!