Kaççiatore (İtalyansayağı toyuq)

Kaççiatore (İtalyansayağı toyuq)
Yeməklər
10.09.2017 8
Tərkibi:

Bir porsiyada 212 kkal.

Toyuğun dilimlənmiş döş əti - 450 qr.

Doğranmış soğan - 1 fincan

Xırdalanmış sarımsaq - 4 dilim

Konservə edilmiş pomidor dilimləri - 2 fincan

Kəklikotu - 1 ç.q.

Reyhan - 1 ç.q.

Tomat püresi - 2 fincan



Hazırlanması:


Toyuğun döş ətini dördbucaq doğrayın, formaya azca zeytun yağı töküb toyuğun döş ətini formaya tökün. Formanı sobaya qoyun.

Toyuğu təxminən yarım saat bişirdikdən sonra soğan və sarımsaq əlavə edib daha 15 dəqiqə bişirin.

Sonra pomidor dilimləri, kəklikotu və reyhan əlavə edin.

Döş ətinin üzərinə tomat pastası töküb yenidən sobaya qoyun.

Daha 30 dəqiqə bişirin.

Süfrəyə kartof və ya tərəvəz qarniri ilə verilir. İstəsəniz göbələk də əlavə edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!