Balıq piroqu resepti

Balıq piroqu resepti
Yeməklər
10.09.2017 36
Tərkibi:

1 kq hazır mayalı xəmir (yaxud un, maya, duz, 1 ç.q. şəkər tozu, 1 x.q. bitki yağı, sudan hazırlanmış)



İç:

Tıxsız balıq filesi

Qara istiot

Duz

Bitki yağı (balığı qızartmaq üçün)

Baş soğan

Kərə yağı (soğanı qızartmaq üçün)

3 bişmiş yumurta

Bərk pendir (sürtgəcdən keçirilmiş)

1 yumurtanın sarısı



Hazırlanması:

Fileni doğrayın, duzlayıb-istiotlayıb azacıq bitki yağında tam qızardın. Soğanı xırda doğrayıb kərə yağında qovurun.

Bişmiş yumurtaları halqa doğrayın.

Xəmir yoğurmaq üçün 15 q mayanı ilıq suda həll edin, içinə 1 ç.q. şəkər tozu əlavə edin. 15 dəqiqə saxlayın.

onra 1 x.q. bitki yağı, un, duz əlavə edib yumşaq, elastik xəmir yoğurun. 2 saat isti yerdə saxlayın.

Gəlmiş xəmiri yayın. Oxlova dolayıb perqamentin üstünə qoyun (sonra piroqu siniyə yerləşdirəndə asan olsun deyə).

Dördbucaqlı formasında kəsin. Xəmirin artıqlarını bir kənara qoyun, gərəyiniz olacaq.

Xəmirin ortasına iç qoyun: birinci qızardılmış balığı, sonra qovrulmuş soğanı, sonra isə sürtgəcdən keçirilmiş pendiri.

İç "baş"ın və "quyruğ"un yarısının da içini doldurmalıdır.

Kənarlarını fiqurlu bıçaqla ortaya doğru 4 sm enində şəridlərə kəsin. Baş və quyruq hissəsinə isə dəyməyin (fotodakı kimi).

Şəridləri için üstünə hörün ("Timsah" piroqunda olduğu kimi). Baş tərəfini üçbucaq formasında qatlayın.

Quyruq tərəfini içinə pendir səpin, xəmiri üst-üstə qatlayın.

Xəmirdən borucuqlar düzəldib halqa formasına salın, içinə yumru istiot dənəsi qoyun.

Boyun hissəsində yarıq əmələ gəlibsə, oraya da xəmirdən pulcuqlar kəsib yapışdırın. Üçbucaq xəmir parçalarından üzgəc düzəldin.

"Balığ"ın üstünə yumurta sarısı çəkib 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

(İçi ürəyiniz istəyən digər ərzaqlardan da hazırlaya bilərsiniz).



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!