Tatar şorbası resepti

Tatar şorbası resepti
Yeməklər
10.09.2017 38
Tərkibi (4 pay):

4 x.q. marqarin

1 x.q. tomat pastası

2 x.q. un

1 x.q. nanə qurusu

2 x.q. qatıq

8 su st. toyuq bulyonu

duz

qara istiot



Mantı:

1 su st. un

1 yumurta

aldığı qədər su

100 q quzu qiyməsi

1,5 x.q. sürtgəcdən keçirilmiş soğan

3-4 budaq xırda doğranmış cəfəri

duz

qara istiot



Hazırlanması:

Mantı üçün: bir qaba un qoyub üzərinə yumurta və duz əlavə edin, az-az su əlavə edib bir qədər bərk xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib bir müddət saxlayın.



Bir qabda qiymə, sürtgəcdən keçirilmiş soğan, xırda doğranmış cəfəri, duz və qara istiotu qarışdırın.



Xəmiri yayın. Qiymədən bərabər məsafədə ara qoymaqla üzərinə düzün. Digər yuxanı üzərinə örtüb xırda kvadratlar kəsin.



Mantıları duzlu suda bişirin.



Marqarini tavada əridin, üzərinə unu əlavə edin, rəngi dəyişənədək qovurun, tomat pastasını əlavə edib qarışdırın, bulyon tökün. Nanə, duz, istiot vurub qaynadın.



Qatığı su ilə çalın, qazana əlavə edin. Ən sonda mantıları əlavə edib bir-iki buğum qaynadıqdan sonra ocaqdan götürün.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!