Toyuq şorbası resepti

Toyuq şorbası resepti
Yeməklər
10.09.2017 20
Tərkibi:

1 ədəd toyuq

3 ədəd baş soğan

3 ədəd kartof

2 x.q əridilmiş kərə yağı

1 x.q pomidor məti (tomat)

Duz

İstiot

Balaca dəstə keşniş



[/b]Hazırlanması:

Toyuğu doğrayıb təmizləyib yuyuruq.

Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.

Soğanın üstünə az duz səpib yağ töküb qovururuq.

Soğan qovrulduqdan sonra üstünə pomidor mətini töküb 2-3 dəqiqə də qovururuq.

Toyuğu əlavə edib 5-10 dəqiqə kimi qarışdırıb qovururuq. Üstünə düz tökürük.

Sonra ətin üstündən bir az yuxarı su töküb normal odda bişməyə qoyuruq. Kəfi olduqca yığırıq.

Toyuğun bişməyinə 20-25 dəq qalmış kartofun qabığını soyub yuyub iki bölüb yeməyə əlavə edirik.

Hazır olmağa az qalmış bir daha yeməyin duzuna baxıb duz və istiotunu tökürük. Kartof dişdikdə yeməyimiz hazır olacaq.

Yeməyi qaba yığıb süfrəyə verdikdə üstünə yuyulub təmizlənmiş keşnişi xırda doğrayıb tökürük.



[b]
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!