Göbələkli kökələr resepti

Göbələkli kökələr resepti
Yeməklər
10.09.2017 19
Tərkibi (40 ədəd):

1 kq un (az və ya çox ola bilər)

300 ml süd

70 q yaş maya

150 q şəkər tozu

3 yumurtanın sarısı

1 çimdik duz

70 q kərə yağı

400 q təzə göbələk

70 ml bitki yağı

1 baş soğan

2 yumurta

0,5 dəstə göy soğan

qara istiot



Hazırlanması:

Mayanı ilıq süddə əridin, 50 q şəkər tozu, unun yarısını əlavə edin, qarışdırıb 3 saat isti yerdə saxlayın.

Yumurta sarılarını qalan şəkər tozu ilə çalın. Barataya əlavə edin. Duzu az miqdarda su ilə qarışdırıb barataya əlavə edin. Kərə yağını yumşaldın, bitki yağı ilə birlikdə barataya qatın. Unun qalanını da əlavə edib yumşaq xəmir yoğurun. Daha 1 saat saxlayın. Bu müddətdə xəmiri 1-2 dəfə ətləyin.



Xəmir gələnədək içi hazırlayın. Göbələyi, soğanı xırda doğrayın, yağda qovurun, duz və istiot vurun. Yumurtaları suda bişirin, təmizləyib xırda doğrayın, göbələyə əlavə edin. Göy soğanı xırdalayın, içə əlavə edin, duz vurub qarışdırın. Soyudun.



Gəlmiş xəmiri ətləyin. Kökələr hazırlayıb içinə iç qoyun, "tikişi" altda olmaqla siniyə düzün. 10-15 dəqiqə gəlməsini gözləyin. Bişirməzdən əvvəl üzərinə süd və ya qaymaqla çalınmış yumurta sarısı çəkin. 180 dərəcə qızdırılmış sobada üzəri qızarınca bişirin.



(Bunu fərqli içlərlə də hazırlaya bilərsiniz, məsələn, qiymə ilə, kələmlə, alma ilə, yaxud kəsmiklə).



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!