Qaymaqlı qayıq balığı resepti

Qaymaqlı qayıq balığı resepti
Yeməklər
10.09.2017 10
Tərkibi:

təzə, yaxud dondurulmuş skumbriya

1 baş soğan

tərəvəz (gülkələm, bəyaz lobya və yaxud digər sevdiyiniz tərəvəz)

100 ml 20%-li qaymaq

şampinyon

50-70 q pendir

1-2 x.q. limon şirəsi

kərə yağı

göyərti

duz

istiot



[/b]Hazırlanması:

Balıq
buzludursa, donunu açın. Belindən başlayaraq təmizləyin: başından kürək
üzgəcinin bir böyrünədək iti bıçaqla kəsik atın. Sonra o biri
tərəfindən də eyni cür, paralel kəsik atın. Nəticədə balığın bel sümüyü
filedən aralanacaq. Qayçı ilə sümüyü baş və quyruq hissədən kəsib
çıxarın.



İçini, qabırğa sümüklərini və qəlsəmələrini, qara pərdəni təmizləyin.



Xırdalanmış soğanı bitki yağında qovurun.



Xırda doğranmış göbələyi əlavə edin, hazır olanadək bişirin.



Tərəvəzləri
ayrılıqda bişirin, duz, istiot vurun. Göbələklə qarışdırın. Doğranmış
göyərti əlavə edib qarışdırın. Bunu skumbriyanın içinə dolduracaqsınız.



Balığın
qarın hissəsini yağlanmış siniyə qoyun. Quyruğunun yanına diş çöpləri
batırıb qayıq formasına salın. Duz, istiot vurun. İçinə və üstünə limon
şirəsi çəkin.



Tərəvəzli
içi balığın içinə doldurun. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
Qaymaq tökün. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.



[b]
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!