Tutmaç xəngəlli şorba resepti

Tutmaç xəngəlli şorba resepti
Yeməklər
10.09.2017 11
Tərkibi:

Xəngəl:

0,5 st. su

1 yumurta

1 ç.q. duz

aldığı qədər un



[/b]Şorba üçün:

6 st.su

duz

2 st qatıq

1 yumurta



Üzərinə:

1 soğan

1 x.q. kərə yağı

nanə

pulbibər



Hazırlanması:

Xəngəl:

Dərin
kasada su və yumurtanı çalın. Un və duz əlavə edib bərk xəmir yoğurun.
İki yerə ayırıb üzərinə nəm dəsmal çəkin. 20 dəqiqə saxlayın.



Sonra oxlovla yayın. 1 barmaq enində uzun şəridlərə doğrayın. Sonra bunları üst-üstə qoyub xırda üçbucaqlar kimi doğrayın.



6
st. suyu qazanda qaynadın. Qaynara düşündə duz vurun. 1 st. xəngəli
əlavə edib qaynadın. Qatıqla yumurtanı bir qabda yaxşıca çalın. Xəngəl
bişəndə qatıqlı qarışığı nazik axınla əlavə edib taxta qaşıqla
qarışdırın. 2 buğum qaynadıqdan sonra ocağı söndürün.



Soğanı
xırda doğrayıb kərə yağında qovurun. Nanə və pulbibər əlavə edin,
qarışdırın. Şorbanın üzərinə gəzdirin, süfrəyə isti-isti verin.



[b]
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!