Sadə toyuq şorbası

Sadə toyuq şorbası
Yeməklər
10.09.2017 25
Tərkibi:

1 ədəd bütöv toyuq

1 ədəd dəfnə yarpağı

1litr toyuq bulyonu

1 ədəd baş soğan

3 ədəd kərəviz

3 ədəd yerkökü

3 ədəd ağ yerkökü

Duz

İstiot



Hazırlanması:


Əvvəlcə bişirəcəyimiz qazana toyuğu yerləşdiririk.

Sadə toyuq şorbası(foto resept)

Üzərində dəfnə yarpağı qoyub hazır toyuq bulyonunu əlavə edirik.

Kənarda  bir ədəd baş soğanı doğrayırıq (qızartmadan bişirdikdə soğanın faydası iki qat artır).

Daha sonra kərəviz və yerkökülərini təmizləyib doğrayırıq.

Beləliklə, doğradığımız soğanı, kökləri və kərəvizi  qazana əlavə edirik.

Zəif od üzərində bişiririk.

Toyuq əti tam bişdiyi zaman onu çıxarırıq.

Ətini sümüyündən ayırırıq. Dilimləri yenidən şorbaya əlavə edirik.

Duzunu əlavə edib ocağı söndürürük.

Budur, sadə toyuq şorbamız hazırdır.

Arzu edən istiotu üzərinə səpə bilər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!