Soyuq ayran aşı şorbası resepti

Soyuq ayran aşı şorbası resepti
Yeməklər
10.09.2017 112
Tərkibi:
1 su stəkanı buğda (yarma)
1 su stəkanı noxud
4 su stəkanı süzmə qatıq
duz su nanə
Hazırlanması:
Buğda və noxudu ayrı-ayrı axşamdan isladın. Suyunu süzüb, ayrı qazana tökün, su əlavə edib  qaynadın.
Süzmə qatığa duz əlavə edib, qazanda qaynayan noxudun suyundan çömçə ilə götürüb süzmə qatığı duru hala gətirin. Qatığın çürüməməsi üçün noxud və buğdanı yavaşca qazana əlavə edin, bir tərəfdən sürətlicə qarışdırın.
Qaynamağa başlayınca altını söndürüb soyumağa buraxın. Tam soyuq olmasını istəyirsinizsə  soyuducuya qoyub soyuda bilərsiniz. Nanə ilə üstünü bəzəyə bilərsiniz.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!