Xırda küftəcikli şorba - Resept

Xırda küftəcikli şorba - Resept
Yeməklər
10.09.2017 46
Lazım olan ərzaqlar:
100 qram qoyun əti
15 qram ərinmiş yağ
1 ədəd soğan
200 qram kartof
100 qram pomidor, və yaxud 15 qram tomat püresi
Duz, istiot
Zövqə görə göyərti 
 
Hazırlanması:
Qoyun əti sümüklərdən ayrılır və baş soğan qatılaraq ət çəkən maşından keçirilir. Çəkilmiş ətə duz, istiot  vurulub qarışdırılır və hərəsi 20 – 25 qram çəkidə xırda küftəciklər hazırlanır. Sümüklərdən isə bulyon bişirilib, süzülür və bunun içinə soyulmuş, doğranılmış kartof tökülür. Sonra isə bulyona küftə, qızardılımış soğan, tomat, pomidor qatılıb bişirilir. Hazır olmasına az qalmış ədviyyat vurulur. 
 
Nuş Olsunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!