İçi doldurulmuş toyuq ruleti resepti - Foto resept

İçi doldurulmuş toyuq ruleti resepti - Foto resept
Yeməklər
10.09.2017 44
Tərkibi:
Kartof - 5 ədəd.
Toyuq filesi – 0,8 kq
Bərk pendir - 150 q
Sarımsaq - 3 diş
Kərə yağı - 3 xörək qaşığı
Şüyüd - 30 qram
Yumurta - 1 ədəd
Nişasta - 50 qram
Un
Duz, zövqə gör qara üyüdülmüş istiot
Hazırlanması:
Pendiri və sarımsağı sürtgəcin kiçik gözündən keçirin. Göyərtini yuyun, qurudun və incə doğrayın. Bu ərzaqlara kərə yağı əlavə edib yaxşıca qarışdırın.

 
Alınan kütlədən 4 kotlet düzəldib soyuducunun dondurucu kamerasında 15 dəqiqə saxlayın

Toyuq döşünün üzərinə plyonka sərin və mətbəx taxtasının üzərində döyəcləyin.

Kartofu sürtgəcdən keçirin, nişasta, yumurta, duz  əlavə edib yaxşıca qarışdırın.

Dondurucudan kotleti çıxardın. Fileyə duz, istiot vurun. Pendirli-yağlı kütləni  ətin ortasına qoyun və rulet formasında bükün.

Ruleti una batırın.

 Daha sonra ruleti kartof kütləsinə batırıb bitki yağında qızardın. Ürəyiniz istəyirsə, sobada 20-30 dəqiqə bişirmək olar.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!