İçi doldurulmuş kartof resepti – FOTO RESEPT

İçi doldurulmuş kartof resepti – FOTO RESEPT
Yeməklər
10.09.2017 77
Tərkibi:

Kartof 1 kq

Qiymə ət - 300 qram

Soğan - 2 ədəd orta

Kök 100 qram

Tomat pastası - 1 xörək qaşığı

Sarımsaq

Bitki yağı



Hazırlanması:

Eyni ölçülü kartoflar seçin. Kartofun ortasını bıçaq və çay qaşığından istifadə edərək oyun. Kartofun dibinə qədər oyun.

Kartofun içini hazırlayın. Qiyməyə duz, istiot, sarımsaq və soğan  əlavə edin.

Kartofları tavaya düzün. Su, duz əlavə edib kartofları yarı çiy bişirin.

Kartof bişənə kimi qiyməni bitki yağında qızardın, sürtgəcdən keçirilmiş kök və tomat pastası əlavə edin.

Kartofun içinə qiymə qoyun və zəif odda bişirin. Süfrəyə verəndə üzərinə göyərti səpin.


 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!