Tərəvəzli lobya şorbası resepti - FOTO RESEPT

Tərəvəzli lobya şorbası resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 4
Tərkibi:

500 qr ağ lobya

1 ədəd bolqar bibəri

2 ədəd baş soğan

150 qr kərəviz kökü

3-4 diş sarımsaq

1,5 litr su

2 ədəd kök

2 ədəd pomidor (və ya 2 x/q tomat)

150 ml bitki yağı

1 dəst cəfəri

1 ç/q qurudulmuş nanə

zövqə görə duz

zövqə görə istiot

zövqə görə dəfnə yarpağı



Hazırlanması:

1. Lobya axşamdan soyuq suda saxlanılır (bəzi hallarda konservləşdirilmiş lobyadanda istifadə etmək olar)





2.
Soğan kubik şəklində doğranılır.




3. Kök həmçinin kubik şəklində doğranılır.




4. Kərəviz kökü kubik şəklində doğranılır.




5. Bolqar bibəri kubik şəklində doğranılır.




6. Tomat pastası əvəzində pomidor istifadə edildikdə, o da həmçinin xırda kubik şəklində doğranılır.




7. Sarımsaq doğranılır.





8.
Soğan, kök və kərəviz kökü bitki yağında qızardılır.





9.
Üzərinə bolqar bibəri, pomidor və ya tomat əlavə edilərək yüngülcə qızardılır.





10.
Üzərinə lobya və 2 stəkan su əlavə edilərək 1 saat bişirilir (lobya paxlasını həmişə az odda bişirmək gərəkdir).




11. Sonra qazana daha 1 litr su tökərək, üzərinə doğranmış sarımsaq, duz, istiot, dəfnə yarpağı və nanə əlavə edilir.





12.
Əlavə olaraq 20 dəqiqə bişirilir.





13.
Və sonda, tərəvəzli lobya şorbası hazırdır, süfrəyə vermək olar.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!