İspanaqlı göbələk dolması resepti

İspanaqlı göbələk dolması resepti
Yeməklər
10.09.2017 40
Tərkibi:

70 qr kərə yağı

400 qr göbələk

1 ədəd ortaboy nazik doğranmış soğan

2 st nazik doğranmış ispanaq yarpaqları

60 qr nazik doğranmış ət

1 st çörək qırıntısı

50 qr holland pendiri



Hazırlanması:

Göbələklərin saplaqlarını qoparıb yuyun. Yaxşıca quruladıqdan sonra kənara qoyun. Tavada kərə yağını əridin. Soğanları əlavə edib qovurmağa başlayın. Soğanlardan sonra ispanaq və incə doğranmış ətləri əlavə edib qovurun. İspanaqlar tam suyunu çəkdikdən sonra tavanı kənara qoyub içinə çörək qırıntılarını əlavə edin. Hazırladığınız bu qarışımı göbələklərin içinə doldurub üzərinə holland pendiri tökün. 180 dərəcədə sobada bişirdikdən sonra isti halda süfrəyə verin.



Qeyd: Göbələk su çəkən tərəvəz olduğundan mütləq yaxşı yumaq və yuduqdan sonra yaxşıca qurutmaq lazımdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!