Pomidor souslu bulqurlu kroketlər resepti

Pomidor souslu bulqurlu kroketlər resepti
Yeməklər
10.09.2017 17
Tərkibi:

Kroketlər üçün:


2 stəkan incə bulqur (Türkcə buna köftelik bulqur deyirlər)

yarım stəkan mannı (mannı yoxdursa undan istifadə edin, amma mannı daha məsləhətlidir)

2 stəkan qaynar su (bulqur və mannını islatmaq üçün)

Yarım kilo çəkilmiş mal əti

1 stəkan xırda-xırda doğranmış qoz

1 ədəd orta baş soğan – rəndələnmiş

1 ədəd yumurta

1 xörək qaşığı tomat məti (tomat pastası) və yaxud şirin qırmızı bibər  məti (və ya ikisinin qarışığı)

1 çay qaşığı duz

Zövqə görə istiot

Zövqə görə zirə – toz halına gətirin (zəruri deyil)

1 stəkan duru yağ – qızartmaq üçün



Pomidor sousu üçün:

2 ədəd yetişmiş pomidor (əgər pomidor çox sulu deyilsə, onda sousa bir az tomat məti də əlavə etmək olar) – qabığını soyub əzin (püre edin)

2 xörək qaşığı zeytun yağı

2 diş sarımsaq – əzin

1 çay qaşığı quru nanə və ya reyhan

Zövqə görə düz və istiot

1 stəkan xırda doğranmış qoz



Hazırlanması:

Əvvəlcə kroketləri hazırlayın. Bunun üçün bulqur və mannını bir qaba qoyun. Üstünə qaynar suyu töküb, üstünü qabla örtün. Qoyun kənarda 10-15 dəqiqə qalsın. Bu müddət ərzində bulqur suyun hamısını canına çəkəcək və yumuşalacaq.  Ət, qoz, soğan, yumurta,  bibər və ya tomat məti, duz-istiot və zirəni bulqura əlavə edib yaxşıca yoğurun, təxminən 5 dəqiqə. Alınan kütlənin 10 dəqiqəliyinə soyuducuya qoyun.

Sousu hazırlayın. Bunun üçün qozdan başqa bütün ərzaqları balaca qazana qoyub, orta odda təxminən 5 dəqiqə ərzində  bişirin. Kənara çəkib qozu əlavə edin və qarışdırın.

İndi isə kroketləri bişirin. Soyuducudakı kütlədən yumurta boyda əlinizə alib, sıxıb yumrulayın, sonra isə lülə şəkli verin. Lülələri yağda qızardın (kotlet qızartdığınız kimi). Od çox yüksək olmasın, yoxsa kroketlərin içi çiy qalar, istündəki bulqurlar isə qızarıb bərkiyər. İstəsəniz, qızarmış kroketləri kağız dəsmalın üstünə qoyub yağını süzdürün. Kroketləri pomidor sousulya süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!