Kartof oladiləri resepti

Kartof oladiləri resepti
Yeməklər
10.09.2017 27
Tərkibi:
1 kq kartof
3 ədəd yumurta
1 ədad baş soğan
60 qr un
1 ç/q qabartma tozu
120 ml bitki yağı
duz
istiot
muskat
alma sousu



Hazırlanması:
Saytımızda adi oladi resepti ilə bölüşmüşdük.  Kartof oladisi çox dadlı və tez hazırlanan yeməklərdəndir. Bizim bəzi rayonlarda kartofu bu cür bişirmək üsulları mövcuddur.Kartof təmizlənir və iri sürtkəcdən keçirilir.
Yumurtalar bir boşqabda çalınır. Kartofa xırda doğranmış soğan, çalınmış yumurtalar, qabartma tozu ilə qarışdırılmış un, muskat, duz və istiot əlavə edilir. 
Hamısı yaxşı qarışdırılır.
Yağ tavada qızdırılır. Əlnən oladı hazırlanır, azacıq sıxılıb suyundan təmizlənir və rəngi qızarana qədər yağda qızardılır.
Hər tərəfli şəkildəki kimi qızardılır.
Və budur! Dadlı kartof oladiləri hazırdır! Saytımızda resepti olan alma sousu ilə oladiləri isti-isti süfrəyə vermək olar.
 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!