Turşu kələm dolması resepti

Turşu kələm dolması resepti
Yeməklər
10.09.2017 30
Tərkibi:

1 ədəd orta ölçülü kələm

500 q çəkilmiş ət

2 baş soğan

1/2 st bişmiş noxud

1/3 st yumru düyü

1 st dənə alça turşusu

1 st təmizlənmiş şabalıd

3 x.q əridilmiş kərə yağı

Bir dəstə keşniş və şüyüd

Duz

Istiot



Hazırlanması:

Kələmin orta hissəsini bıçaqla kəsib qaynayan suda pörtürük. Suyuna az duz tökürük.



Pörtdükdən sonra orta qalın zolağını kəsirik. Böyük olanları iki yerə bölürük.



Dolmanın içliyini hazırlamaq üçün çəkilmiş ətin üstünə soğanı soyub yuyub blenderdən keçirib tökürük. Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.

Noxudu tökürük. Düyünü təmizləyib yuyub onu da ətin üstünə əlavə edirik. Yağ, duz və istiotu əlavə edib qarışdırırıq.



Kələmin yarpağını götürüb içlikdən qoyuruq. Sonra bir şabalıd və bir turşu qoyub bükürük.



Bu şəkildə bütün dolmaları büküb qazana yığırıq. Qalan turşu və şabalıdı bükülən dolmaların üstünə qoyuruq.



Dolmaların üstünə çıxanadək qaynamış su töküb ağzına qab çevirib bişməyə qoyuruq.



Normal odda dolmanı bişiririk. Kəfi çıxanda yığırıq.



Suyu çəkilib yağa düşdükdə yeməyimiz hazır olacaq.
 
Niş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!