Şərabda toyuq budu resepti - FOTO RESEPT

Şərabda toyuq budu resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 13
Tərkibi:

6 ədəd toyuq budu

2/3 şüşə qırmızı quru şərab

80 qr zeytun yağı

40 qr kərə yağı

3 ədəd orta ölçüdə baş soğan

350 qr kərəviz

3 diş sarımsaq

5 ədəd kəklikotu

3 ədəd rozmarin

ağ istiot

təzə əzilmiş qara istiot

duz



Hazırlanması:

Bildiyiniz qədər toyuq ətinə xüsusi ədviyyatlar vurulmasa maraqsız və dadsız alınar. Bu reseptdə hazırlanan toyuq əti isə qeyri-adi və zəngin dadı ilə fərqlənir. Şərabda pörtlədilmiş ət isə daha yumşaq və ətirli alınır.



1. İnqredientlər.




 
2. Soba 200°C temperaturunda qızdırılır. Kərəviz özəkləri yuyulub qurudulur. Soğan təmizlənir və iri halqalar şəklində doğranılır. Tərəvəzlər sobanın tavasına düzülür və zeytun yağı ilə səpilib 15 dəqiqəlik sobaya yerləşdirilir.





3. Dərin tavada zeytun yağı ilə qarışdırılaraq kərə yağı əridilir.







4. Toyuq əti tavada iki tərəfli qızardılır.







5. Bu arada diş sarımsaqlar qabıq qarışıq əzilir, rozmarin yarpaqları özəklərindən ayrılır.







6. Tərəvəzlər sobadan çıxarılıb toyuq budlarının üzərinə əlavə edilir. Yaxşı duzlanıb istiotlanır. Rozmarin yarpaqları, kəklikotu və sarımsaq əlavə edilir. Şərabın 2/3 hissəsi əlavə edilib qazanın qapağı bağlanır və təqribən 1 saat ərzində pörtlədilir.

 
 

 

7. Bir saatdan sonra tavanın qapağını açıb şərabın buxarlanmasını gözləyirik (təqribi 30 dəqiqə).







8. Nəhayət toyuq budu hazırdır və süfrəyə vermək olar. Çox dadlı və ətirli yemək alınır.
 
 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!