Dana ciyəri qızartması resepti

Dana ciyəri qızartması resepti
Yeməklər
10.09.2017 110
Tərkibi:

800 qr təzə dana qaraciyəri

yarı ədəd baş soğan

yarı stəkan ağ çaxır (və ya toyuq bulyonu)

zeytun yağı

kərə yağı (kiçik parça)

biraz un (üzünü unlamaq üçün)

dəfnə yarpağı

ağ istiot

duz



Hazırlanması:



1. İnqredientlər hazırlanır.

2. Qaraciyər üz qatından təmizlənir və orta ölçüdə dilimlərə doğranılır.

3. Duz və ağ istiotla qarışdırılımış unda doğranmış hissələr unlanır.

4. Tavaya zeytun yağı, bir qədər doğranmış soğan və dəfnə yarpaqları əlavə edilir

5. Tavaya qaraciyər əlavə edilir.

6. Hazır olana qədər qızardılır.

7. Bir qədər ağ çaxır və ya toyuq bulyonu əlavə edilir.

8. Kiçik parça kərə yağı əlavə edilir və çaxır tam çəkilənə qədər qızardılır.
9. Hazırlanmış qaraciyər süfrəyə qarnirsiz verilir, lakin zövqə görə yanında kartof əzməsi də vermək olar.
 
 
 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!