Lavaşdan hazırlanan börək resepti

Lavaşdan hazırlanan börək resepti
Yeməklər
10.09.2017 132
Tərkibi:
0,5 kq toyuq əti
0,5 kq göbələk
4 baş soğan
2 kartof
200 qr xama
200 qr mayonez
2-3 qaşıq sarımsaqlı sous
1 yumurta
150 qr holland pendiri
Duz, itiot, ədviyyat(priprava)
10 dənə iri lavaş



Hazırlanması:
Toyuq əti 2 soğanla ətçəkən maşından keçirilir. Duz, istiot, ədviyyat vurulub tavada pörtlədilir.
Başqa bir tavada qalan soğan qovrulur, üstünə xırda doğranmış göbələk, kartof əlavə edilir və bişirilir.
Lavaşın üstünə yarı-yarı nisbətdə qarışdırılmış xama-mayonez qarışığı bol-bol sürtülür və toyuq qiyməsi səpilib rulet formasında bükülür. Səliqə ilə sobanın qabına düzülür. Bir sıra qiyməli lavaş, bir sıra da göbələkli lavaş düzülür, tava dolanadək...



Üstünə yumurta çəkilir və sobada 180 dərəcədə25-30 dəqiqə bişməyə qoyulur.
Üstü qızarandan sonra üstünə holland pendiri sürtgəcdən keçirilir və 3-4 dəqiqəliyə sobaya qoyulur.


Nuş Olsun !
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!