Toyuq qalantini resepti

Toyuq qalantini resepti
Yeməklər
10.09.2017 13
Tərkibi:

1 toyuq

muskat cevizi

şampinyon

10 q tezəriyən jelatin

duz

kərə yağı

ədviyyat (ürəyinizcə, karri də ola bilər)



Hazırlanması:

Fransızların qalantin adlandırdıqları bu ruleti hazırlamaq üçün əvvəlcə toyuğun dərisini soyun (tullamayın, o, lazım olacaq), əti sümükdən ayırın. Əti doğramayın, tikələr nə qədər iri olsalar, bir elə yaxşıdır. Duzlayın, ədva vurun. Göbələyi təmizləyib yuyun, kubik doğrayın, azca yağda qızardın. Əti, göbələyi və jelatini qarışdırın. Stolun üstünə ət bişirmək üçün plyonka sərin. Toyuğun dərisini onun üstünə yayın. İçinə əti və göbələyi qoyun. Əvvəlcə dərini, sonra isə plyonkanı səliqə ilə bükün. Sonra isə keks bişirmək üçün formanın içinə yerləşdirin.



Sobaya içində su olan dərin qab qoyun. İçində qalantin olan keks qabını da onun içinə yerləşdirin. Saat yarım bişirin. Qabda su azalanda, lazım gələrsə, isti su əlavə edin. Hazır qalantini sobadan çıxarın. Keks qabını soyuq suyun içinə, üstünə isə ağır bir əşya qoyun, su istiləndikcə dəyişin. Soyumuş qalantini üstündəki ağır əşya ilə birlikdə soyuducuya qoyun. Ən azı 12 saat orada saxlayın. Süfrəyə verərkən fal-fal doğrayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!