Nərə balığından satsivi resepti

Nərə balığından satsivi resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:

1 kq nərə balığı

3 yumurtanın sarısı

təzə üyüdülmüş qara istiot

qırmızı acı istiot

1 çimdik üyüdülmüş keşniş toxumu

100 q cəfəri

4-5 ortaboy baş soğan

100 q təzə kəklikotu

0,5 st. bəyaz üzüm sirkəsi

1,5-2 st. təmizlənmiş qoz

1 ç.q. üyüdülmüş zəfəran

2-3 iri diş sarımsaq

2 x.q. kərə yağı

duz



Hazırlanması:

Balığın dərisini çıxarın, bir qazana qoyub üstünə 1,5 l soyuq su tökün, duz vurun. Ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 20 dəqiqə bişirin. Sonra qazandan çıxarıb soyudun, tavada kərə yağında hər üzünü 3-5 dəqiqə qızardın. Balıq bulyonunu da soyudun, cunadan süzün və üzərində piy qatı əmələ gələnədək soyuducuda saxlayın.



Qoz, sarımsaq və zəfəranı blenderdə xırdalayın. Bir kasaya qoyub yağını sıxın. Ayrıca qaba qoyun.



Keşniş toxumu, qara və qırmızı istiotu, xırda doğranmış cəfəri və kəkotunu, bir qədər duzu həvəngdəstədə eynicinsli kütlə alınanadək döyün.



Buraya döydüyünüz qozu, sirkəni, soyuq balıq bulyonunun üzərindəki yağı da əlavə edib qarışdırın.



Balıq bulyonunu yenə ocağın üstünə qoyub qaynadın. Soğanı xırda doğrayıb qaynayan bulyona əlavə edin. Qozlu qarışığa bulyondan bir qədər əlavə edib qarışdırın, sonra qazana töküb daim qarışdıraraq daha 5 dəqiqə bişirin.



Sousu ocaqdan götürün. Yumurta sarılarını çalın. Qaynar sousu qarışdıra-qarışdıra yumurta sarılarını əlavə edin.



İri buluda balıq tikələrini düzün, üstünə qaynar sous töküb azca soyumasını gözləyin. Sonra isə üzərinə qoz yağını gəzdirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!