Tərəvəzlə doldurulmuş balıq qızartması resepti

Tərəvəzlə doldurulmuş balıq qızartması resepti
Yeməklər
10.09.2017 107
Tərkibi:
- 1-2 tutam nanə
- 1 ədəd kök
- 1 ədəd quru soğan
- 2 ədəd ( istədiyiniz növ balıq )
- 1 ədəd limon
- 1 ədəd kartof
- 2 diş sarımsaq






Sousu üçün
- 2 diş döyülmüş sarımsaq
- 1 çay/ qaşığı qara bibər
- 1 çay /qaşığı qırmızı pul bibər
- 1 çay/qaşığı qırmızı toz Bibər
- 2 çay/ qaşığı duz
- 1 çay/ stəkanı zeytunyağı.



Hazırlanması:
Seçdiyiniz balıqların içini təmizləyin və yuyun. Bütün tərəvəzləri çox incə olacaq şəkildə doğrayın. Balıqların içini həmin tərəvəzlər ilə doldurdun. Ətotunu əlavə edin. Sous üçün lazımlı olan vəsaitləri yaxşıca qarışdırın. Balıqları ip ilə bağlayın və qabın içinə qoyun. Fırça köməyi ilə hazırladığınız sousdan vurun. Sonra sobada balıqların hər iki üzüünü yaxşıca bişirin... Yaxşı bişdiyindən əmin olduqdan sonra servis edib nuş edə bilərsiniz.. Balıq qızartma yağının içinə qırmızı bibər səpsəniz bu balığa dəyişik bir ləzzət verər və ayrıca balığın rəngi çox gözəl və parlaq olar. 


Nuş Olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!