Tskan piroqu resepti

Tskan piroqu resepti
Yeməklər
10.09.2017 63
Tərkibi:
Xəmir üçün:
4-4,5 st. un
2 st. su (ayran)
1 ç.q. şəkər tozu
1 ç.q. quru maya
1 ç.q. duz
2-3 q. bitki yağı
İç üçün:
1 kq ət (qoyun əti)
0,5 kq kartof
2-3 baş soğan
1 ovuc xırdalanmış qoz (istəyə görə)
duz
istiot
kəklikotu
100-150 q kərə yağı (üzərinə çəkməyə)
Hazırlanması:
Bitki yağından başqa xəmir üçün olan ərzağı qarışdırıb yoğurun. Əlinizi yağa batırıb xəmiri ətləyin. Gəlməsi üçün isti yerə qoyun.
Əti xırda doğrayın. Kartofu nazik lay doğrayın. Soğanı nazik yarımhalqa doğrayın (əgər çiy soğanın dadını xoşlamırsınızsa, xırda doğrayıb azca qovuraraq əlavə edə bilərsiniz), hamısını qarışdırın, duz, istiot, ədviyyat (göyərti, göyərti qurusu) əlavə edin.
Gəlmiş xəmiri iki yerə bölün.
Hər birini nazik yayın. Yağlayın. Rulet kimi, sonra isə bu ruleti ilbiz kimi spiral bükün. Üstünü dəsmalla örtüb 15-20 dəqiqə saxlayın.
Sonra bunları sini böyüklükdə yayın (məsələn, diametri 40 sm). Birinci lavaşı siniyə qoyun. İçi üzərinə bərabər yayın. O biri lavaşı üzərinə çəkin, kənarlarını bükün, ortasında buxar çıxması üçün balaca deşik açın. 170-180 dərəcə qızdırılmış sobada təxminən 1,5 saat bişirin.
Əgər üst hissəsi çox qızarır, içi bişmirsə, üzərinə kalka və ya folqa çəkin.
Piroq bişəndən sonra çıxarın, üzərinə isti-isti kərə yağı çəkin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!