Tortilla resepti

Tortilla resepti
Yeməklər
10.09.2017 25
Tərkibi:
5-6 orta kartof
100 q korizo (İspaniyada kolbasa növu, ovçu kolbasası ilə əvəz etmək olar)
5 yumurta
250 q süd
duz
istiot
Hazırlanması:
Kartofun və kolbasanın qabığını soyub həlqə doğrayın. İkisini də zeytun yağında ağzı bağlı qabda hazır olana qədər bişirin. Yumurtanı südlə qarışdırın, duz, istiot vurun.
Kartofla kolbasanı azca dərin siniyə yığın. Yaxşı olar ki, bunun üçün saxsı qab götürəsiniz. Südlü-yumurtalı qarışığı üstünə tökün. Sobada 180 dərəcədə yarım saat bişirin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!