Sadə zapekanka resepti

Sadə zapekanka resepti
Yeməklər
10.09.2017 39
Tərkibi:
1 kq kartof
0,5 kq qiymə
1 baş soğan
100 ml süd
1 yumurta
2 x.q. narın suxarı
2 x.q. bitki yağı
50 q kərə yağı
duz
 
Hazırlanması:
Kartofu təmizləyib suda bişirin.
Kartof bişənədək qiyməni hazırlayın. Soğanı xırda doğrayıb qızardın. Əti əlavə edib qovurun, suyunu çəkəndən sonra lazım gələrsə, bir qədər də su tökün.
Kartofdan püre hazırlayın: suyunu süzün (dibində azca saxlayın), əzin, qaynar süd və kərə yağı əlavə edib qarışdırın, 1 çiy yumurta vurun, bundan sonra sürətlə qarışdırın ki, yumurta bişib lopa qalmasın.
Formanı kərə yağı ilə yağlayın, kartof püresinin yarısını döşəyin, qiyməni üzərinə qoyub bərabər yayın, azca basın.
Kartof püresinin qalanını üstünə döşəyin, azca basın, hamarlayın. Üzərinə narın suxarı səpin. Hətta bundan sonra yumurta sarısı da çəkə bilərsiniz: parıldayacaq.
180-200 dərəcə qızdırılmış sobada üzəri qızaranadək, təxminən yarım saat bişirin. Hazır zapekanka azca şişəcək.
Uşaqlar üçün belə zapekanka hazırlayanda yaxşı olar ki, bişmiş əti ət maşınından keçirib iç əvəzinə istifadə edəsiniz. Ət sevməyənlər onu göbələk, yaxud pendirlə əvəzləyə bilərlər.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!