Küftəli borş resepti

Küftəli borş resepti
Yeməklər
10.09.2017 24
Tərkibi:
650 q qiymə
500 q çuğundur
150-200 q kələm
1-2 ədəd kartof
2 ədəd kiçik pomidor
1-2 ədəd baş soğan
1-2 ədəd kök
Duz
İstiot
Dəfnə yarpağı
Zeytun yağı
Hazırlanması:
Əvvəlcə qiymədən balaca küftələr hazırlayıb, suda bişiririk
Sonra kökü və soğanı doğrayıb, yağda qovururuq.
Çuğunduru rəndədən keçiririk.
Kələmi doğrayırıq
Pomidoru da xırda-xırda doğrayırıq.
Hamısını soğanın üzərinə əlavə edib yenidən bir qədər qovururuq.
Üzərinə su əlavə etmədən öz suyunda vam odda pörtlədirik.
Kənarda kartofları kiçik kub şəklində doğrayırıq.
Bu kartofları kənarda suda bişməyə qoyduğumuz küftələrə əlavə edirik.
Küftələr və kartof bişəndən sonra suyu ilə birlikdə kənarda qovurduğumuz soğança qarışığına əlavə edirib, birlikdə qarışdırır və 1-2 dəqiqə qaynadırıq.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!