Qırmızı mərci şorbası resepti

Qırmızı mərci şorbası resepti
Yeməklər
10.09.2017 77
Tərkibi:
Qırmızı mərci – 2 stəkan
Su – 5 stəkan
Soğan – 1 ədəd.
Çili istiotu – 1ədəd .
Tomat pastası – 3 ç.q.
Zəncəfilin kökü – zövqə görə
Sarımsaq– 2 diş.
Kərə yağı – 50 q
Duz – zövqə görə
Təzə göyərti – zövqə görə.
Hazırlanması:
Qaynayan suya mərcini əlavə edib 10 dəqiqə qapağı bağlı şəkildə bişirin, sonra duz əlavə edib daha 5 dəqiqə qaynadın.
Kərə yağında təxminən 5 dəqiqə yumşalana qədər soğanı qızardın.
İstiotu xırda doğrayın, sarımsağı və zəncəfilin kökünü sürtgəcdən keçirin.
Tavada qovrulan soğanın üstünə tomat pastası və ya xırda doğranmış pomidorlarla birlikdə bütün bunları əlavə edin və zəif odda təxminən beş dəqiqə pörtlədin.
Ətirli tərəvəz və bulyonla qarışdırın. Hazır olduqdan sonra ocağı söndürüb 2-3 dəqiqədadların bir-birinə qarışmağını gözləyin.
Və üzərinə göyərti səpin.
P.S. Yeyəndə üzərinə limon sıxsanız daha ləzzətli olar.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!