Ribollita resepti

Ribollita resepti
Yeməklər
10.09.2017 34
Tərkibi:
100 q toyuğun döş əti
2 qırmızı soğan
2 orta boy yerkökü
4 diş sarımsaq
cəfəri
1 banka ağ lobya
1 banka doğranmış pomidor konservi
500 ml toyuq bulyonu
savoy, yaxud adi ağ kələmin yarısı
250 q quru çörək
qabıqlı parmezan pendiri (zövqə görə)
6 x.q. zeytun yağı
Hazırlanması:
Soğanı xırda, yerkökünü kubik doğrayın. Sarımsağı əzin.
Zeytun yağının yarısını qazanda qızdırın. Toyuğun döş ətini əlavə edin. Bir neçə dəqiqə sonra soğanı, sarımsağı, yerkökü və doğranmış cəfərini əlavə edin. Qarışdırıb qazanın ağzını örtün. Vam odda 15 dəqiqə bişirin. Arada qarışdırın.
Qazana lobya bankasının yarısını, pomidor bankasının hamısını boşaldın. Lobyanın qalanını blenderdə əzin və şorbaya əlavə edin.
Şorbaya parmezan pendirinin qabığını əlavə edin (təbii ki, əgər xoşlayırsınızsa).
Şorba qaynayanda saman kimi doğranmış kələmi əlavə edin. Ocağı azaldın. Yumşalandan sonra çörəyin qabığını kəsin. İçini xırdalayıb şorbaya əlavə edin. Xörəyin duzunu-istiotunu yoxlayın, lazımdırsa, əlavə edin, qazanın qapağını örtüb daha 7-10 dəqiqə bişirin.
Zeytun yağının qalanını da əlavə edin. Ocağı söndürün. Şorbanı 5 dəqiqə dinləndirin.
İsti-isti boşqablara çəkin, üstünə sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!