Qarğıdalı şorbası resepti

Qarğıdalı şorbası resepti
Yeməklər
10.09.2017 40
Tərkibi:
Qarğıdalı dənələri – 300 q
Toyuq əti – 200 q
Kərə yağı – 100 q
Baş soğan – 3 ədəd
Pomidor – 2-3 ədəd
Un – 2 x.q.
Su – 1 lt
Zəfəran
Duz, istiot
Hazırlanması:
Axşamdan qarğıdalı dənələri (konservləşdirilmiş qarğıdalı da istifadə etmək olar) isladılır və bişirilir. Soğan xırda doğranılır və kərə yağında qovrulur. Toyuq əti kubvarı doğranılır və qovrulan soğana əlavə edilib yenidən qovrulur. Qovrulan ərzaqlara un əlavə edilir və ərzaqlar yağa düşəndən sonra duz, istiot və su əlavə edilib qaynamağa qoyulur. Qaynayan şorbaya zəfəran və bütöv pomidor əlavə edilir və 5-10 dəq. sonra odun üzərindən götürülür. Şorba süfrəyə üzərində bütöv pomidorla verilir (pomidor şorba yeyildikdə içində əzilir).
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!