Lobyalı tortilya resepti

Lobyalı tortilya resepti
Yeməklər
10.09.2017 30
Tərkibi:
2 kartof
4 yumurta
1 diş sarımsaq
4-5 göy soğan
1 x.q. bitki yağı
100 q ağ lobya konservi
50 q feta pendiri
1 çimdik quru rozmarin
duz
qara istiot
Hazırlanması:
Kartofu təmizləyib dilimləyin, üzərinə qaynar duzlu su töküb yumşalınca, 6-8 dəqiqə bişirin.
Sarımsağı təmizləyib əzin.
Göy soğanı yuyub xırda doğrayın.
Yumurtaları 2-3 x.q. su ilə çalın. Sarımsaq, göy soğan, rozmarin, duz, istiot əlavə edib qarışdırın.
Sobanı 200 dərəcə qızdırın.
Kartofun suyunu süzün. Yumurta qarışığı və lobya ilə qarışdırın.
Tavada yağı qızdırın. Qarışığı tavaya töküb 5-6 dəqiqə bişirin.
Fetanı xırdalayın, tortilyanın üzərinə səpin. Daha 6-7 dəqiqə, yumurtalar tam bişənədək ocağın üstə saxlayın. Sonra tavanı sobaya qoyun, 3-5 dəqiqə, üzəri qızarıncayadək bişirin.
Səliqə ilə hissələrə bölün. Süfrəyə yaşıl salatla verə bilərsiniz.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!