Küncütlü təzə kartof resepti

Küncütlü təzə kartof resepti
Yeməklər
10.09.2017 34
Tərkibi:
2 diş təzə sarımsaq
1 kq təzə kartof (ölçüləri təqribən bərabər olsun)
şüyüd
350 ml 20%-li xama
1,5 x.q. qara küncüt
1,5 x.q. ağ küncüt
60 ml yağ
2 x.q. ağ qıtığotu sousu
duz
Hazırlanması:
Qalın tavanı qazdırın. Küncüt toxumlarını içinə qoyun, arada tavanı silkələyərək ağ küncütlər qızılı rəng alanadək qovurun.
Təzə kartofu yuyun, qurudun, sonra uzununa ortadan bölün, üzərinə duz səpin.
Siniyə yağ tökün. Kartofları qoyun. Qovurduğunuz küncütləri üzərinə səpin. Yaxşıca qarışdırın, sonra bir lay düzün.
Təzə sarımsaqların üst nazik qabığını çıxarın, xırda doğrayın. Kartofların arasına yerləşdirin. 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Xama, qıtıqotu və doğranmış şüyüdü qarışdırın. Süfrəyə kartofun yanında bu sousu verin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!