Holland tortu resepti

Holland tortu resepti
Yeməklər
10.09.2017 37
Tərkibi:
250 q un
duz
10 x.q. su
2 x.q rom (konyak və ya sirkə)
250 q kərə yağı
İç və bəzək üçün:
konfitür
qaymaq
şəkərli qlazur
albalı
Hazırlanması:
Unu soyuq mərmər lövhənin üstündə ələyin. Təpəciyin ortasını dərinləşdirin, buraya 1 çay qaşığı duz, su, konyak, 1 ç.q. kərə yağı (marqarin) töküb bərk xəmir yoğurun. Çalışın ki, bu zaman əlləriniz soyuq olsun.
Marqarini iki perqament kağızının arasına qoyub qalın dördbucaqlı formasında yayın.
Həm xəmiri, həm də marqarini eyni dərəcədə soyuq yerə qoyun.
Sonra un tökülmüş taxtanın üzərində xəmiri dördbucaqlı formasında, ortası azca qalın olmaqla yayın. Xəmirin ortasına yaydığınız marqarini qoyub, xəmirin kənarlarını üstünə qatlayın. Xəmiri 20 dəqiqəliyə soyuq yerə qoyun. Sonra yenə yayın, üç dəfə qatlayın və daha 30 dəqiqə soyuducuda saxlayın. Bütün bu prosesi daha iki dəfə təkrarlayın (yayıb qatlayın və soyuq yerə qoyun).
Yaydığınız xəmirin üstündəki unu hər dəfədə silməyə çalışın, yoxsa korj kövrək olub qırılar.
Alınmış yağlı qat-qat xəmiri hissələrə ayırıb 5 mm ölçüdə dördkünc, kvadrat, yaxud dairəvi yayın. Su səpilmiş siniyə qoyub orta temperaturda 15 dəqiqə bişirin. Korjlar hazır olandan sonra bir hissəsinin üzərinə konfitür yaxıb albalı düzün, üzərinə çalınmış qaymaq çəkib bıçaqla hamarlayın. Qalan korjların isə üzərinə ağ qlazur çəkin, qaymaq və albalı ilə bəzəyin. Bunları növbələyəndə çox dadlı alınır.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!