Əriştə resepti

Əriştə resepti
Yeməklər
10.09.2017 71
Tərkibi:
1 st bişmiş lobya
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
1 ədəd yumurta
1 x.q qurudulmuş nanə
duz, istiot zövqə görə
Xəmir üçün:
1 st un
1 yumurta
1/4 ç.q duz
su aparanadək (ilıq su)
yuxanı yaymağa əlavə 2-3 x.q un
Hazırlanması:
Una yumurta, duz və su əlavə edib normal xəmir yoğururuq.
Bir kündə olur.
Kündəni un töküb nazik yuxa yayırıq.
Yuxanı unlayırıq.
Oxlova bükürük.
Oxlovu içindən çıxardırıq.
Bıçaq vasitəsi ilə nazik lentvari kəsirik.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Soğana yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq.
Qovrulmuş soğanın üstünə (təqribi olaraq 3 l) su ya da bulyon əlavə edirik. Dənə alça turşularını da yuyub yeməyə əlavə edib duzunu tökürük.
Yemək qaynamağa başlayandan 5 dəqiqə sonra lobyanı tökürük. Sonra kəsdiyimiz xəmiri yeməyə tökə-tökə qarışdırırıq.
10-15 dəqiqə qaynadıqdan sonra 1 ədəd yumurtanı çalıb tökürük. Yumurtanı tökəndə yeməyi ara vermədən qarışdırın ki, yumurta topaclanmasın incə nazik olsun. Sonra nanə qurusunu əlavə edirik.Yeməyin duzuna baxıb lazım olsa, duzunu əlavə edib istiotunu tökürük.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!