Ət batonu resepti

Ət batonu resepti
Yeməklər
10.09.2017 18
Tərkibi:
300-400 q dana farşı
1 baş soğan
şirin bibər
suxarı
cəfəri
göy soğan
1 yumurta
parmezan pendiri
tomat sousu
duz
istiot
Hazırlanması:
Soğanı, bibəri, cəfərini doğrayın. Farşla qarışdırın. 1 yumurta, stəkanın üçdə biri qədər suxarı və bir qədər sürtgəcdən keçirilmiş parmezan pendiri, azca duz, istiot əlavə edin. Yoğurub dördbucaq çörək batonu formasına salın.
Dərin siniyə qoyun, üzərinə tomat əlavə edin, sobada bişirin. 20-30 dəqiqədən sonra sobadan çıxararaq üzərinə sürtgəcdən keçirilmiş parmezan pendiri səpin ki, qızarsın. Ümumilikdə 50-70 dəqiqə bişirin.
Qarnir kimi kartof püresindən istifadə etmək olar. Bunun üçün püre hazırlayın. Onu çuqun tavaya qoyub üzərinə bitki yağı çəkin, doğranmış göy soğan və parmezan pendiri səpib üstü qızaranadək sobada bişirin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!