Əptitli qabaq dolması resepti

Əptitli qabaq dolması resepti
Yeməklər
10.09.2017 17
Tərkibi:
1,5 kq dolmalıq qabaq
2 xörək qaşığı dolmalıq düyü
300 qram quzu əti
Qazanın dibi üçün quzu ətinin sümükləri
2 xörək qaşığı bibər və ya pomidor rıçalı
2 doğranmış pomidor
2 incə doğranmış baş soğan
2-4 diş doğranmış sarımsaq
2 xörək qaşığı marqarin
1/2 dəstə doğranmış cəfəri
1/2 dəstə doğranmış şüyüd
1 xörək qaşığı quru nanə
Duz
Qara bibər
Hazırlanması:
Qabaqların üstünü qazıyın, təmizləyəndən sonra yuyun, bıçaqla içlərini ovun. İç üçün quzu əti qıymasını, yuyulmuş düyünü, qabığı soyulmuş pomidorları, soğanı, sarımsağı, şüyüdü, cəfərini, ədviyyatı, rıçalın və marqarinin yarısını, duzu qoyub çox sıx olmayacaq şəkildə qabaqlara doldurun.
Daha sonra qabaqları qazanın dibinə düzülmüş sümüklərin üstünə düzün. Qabaqların üstünü örtəcək qədər rıçallı su tökün, yerdə qalan marqarini də əlavə edəndən sonra qazanın ağzını bağlayın, orta odun üzərində bişirin.
Qabaqlar yumşalıb içindəki düyü bişəndə odu söndürün, dolmaları buluda düzün, üstünə şüyüd səpin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!