Atayef resepti

Atayef resepti
Yeməklər
10.09.2017 123
Tərkibi:
2,5 st. un
3 st. isti su
1 paket quru maya (50 q)
1/2 ç.q. soda
Şərbət üçün:
1,5 st. şəkər tozu
1 st. su
2 ç.q. portağal və ya gül suyu (essensiyalar)
2 ç.q. limon şirəsi
Krem üçün:
2 st. süd
4 dilim ağ toster çörəyi
4 q. qarğıdalı nişastası
1 ç.q. gül suyu
1 ç.q. portağal suyu
2 x.q. şəkər tozu (bunsuz da olar)
100 q fıstıq
Hazırlanması:
Krem: toster çörəyinin qıraqlarını kəsin, 1 stəkan süddə isladın, 1 stəkan südlə isə qarğıdalı nişastasını qarışdırın.
Çörək yaxşıca islanandan sonra buraya şəkər tozu da əlavə edib ocağın üstünə qoyun. Daim qarışdırın, buxarlanmağa başlayanda süddə əritdiyiniz nişastanı əlavə edin. Qatılaşanacan qarışdırın. Sonra ocaqdan götürün, gül və portağal suyu (esensiyaları) əlavə edin. Soyudun, 20 dəqiqə soyuducuda saxlayın. Qatı krem alınacaq.
Şərbəti də əvvəlcədən hazırlamaq lazımdır: qazanda şəkər tozu ilə suyu qarışdırın (qatı şərbət xoşlayırsınızsa, şəkəri bir az artıq götürün), 10 dəqiqə qaynadın, sona yaxın limon şirəsi (yaxud 1 dilim limon), gül və portağal esensiyaları əlavə edin.
Atayef: isti suda quru mayanı əridin, az-az un əlavə edərək qarışdırın, sonra soda əlavə edərək 15 dəqiqə çəngəllə çalın (duru xama qatılığında xəmir alınacaq).
Yağsız tavaya bir xörək qaşığı olmaqla xəmirdən yayıb bişirin (təxminən 5 sm diametrli dairələr alınır).
Yalnız bir tərəfini bişirin. Üstü quruyub «çuxurlar» əmələ gələnədək qızardın, tavadan götürün, taxtanın, yaxud mətbəx dəsmalının üstünə düzün.
Hər blinçikin ortasına azca krem qoyaraq bir tərəfini iki barmağınızla tutaraq bir-birinə sıxıb birləşdirin (kala gülünün formasını alacaq).
Bıçaqla fıstıqları doğrayın. Atayeflərin kremli tərəfini fıstığa batırın. Sonra boşqablara düzün.
Şərbət ayrıca fincanda verilir. Yeyərkən hər atayefin üstünə şərbət tökülür.
Atayefin üstünə mürəbbə də qoya bilərsiniz.
Nuş olsunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!