Toyuqlu tako resepti

Toyuqlu tako resepti
Yeməklər
10.09.2017 34
Tərkibi:

2 ədəd toyuq sinəsi

1/4 qırmızı kələm və ağ kələm

1/4 kahı

30 qram pendiri

1 çay qaşığı kəklikotu

3 ədəd taco

1 xörək qaşığı sour cream sous

1 su stəkanı arus plovu, duz



Sour cream sous üçün:

1 su stəkanı krem

5 xörək qaşığı limon suyu

2 su stəkanı qatıq

2 diş sarmısak,

Duz



Arus plovu üçün:

1 su stəkanı düyü

3 xörək qaşığı duru yağ

Bir yarım su stəkanı su

1 çay qaşığı pomidor tomatı

15 qram toyuq bulyon

1 çay qaşığı ağ istiot

1 ədəd xırdalanmış sarmısaq

Doğranmış yarım soğan



Hazırlanması:

Əvvəlcə sour cream sousu hazırlayın. Çırpma teli və ya mikser ilə krem və limon suyunu köpüklənənə qədər çırpın.

Qatıq, xırdalanmış sarmısaq və duz əlavə edib, yenidən çırpın.

Arus plovu üçün düyüsü duru yağda qovurun. Ayrı bir qazanda su, sous, toyuq bulyon, ağ istiot, sarmısaq və soğanı yaxşıca qaynadın.

Düyünü əlavə edib, ocağın altını azaldın. Qazanın qapağını bağlayıb, hərdənbir qarışdıraraq bişməyə qoyun.

Toyuqları qızartmada önlü arxalı qızardıb, kub-kub doğrayın.

Qırmızı kələm, ağ kələm və kahını incə doğrayın. Bir tavaya əlavə edib üzərinə toyuq əti, cheddar pendiri, kəklikotu və duz əlavə edib tavada qızardın.

Bişən içliyi tavadan götürüb, yumşaq tacoların içinə pay edib sarıyın. Yenidən tavaya qoyub, qızardın. Sour cream sous və arus plovu ilə servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!