Tempura kreveti resepti

Tempura kreveti resepti
Yeməklər
10.09.2017 8
Tərkibi:

Suxarı ovuntusu (ağ) - 3 xörək qaşığı

Duz - 1 çimdik

Su - 250 ml

Pələng krevetkası (quyruqlu) - 12 ədəd

Tempura unu – 2 xörək qaşığı

Küncüt – 2 xörək qaşığı



Sous üçün:

Mirin (düyü şərabı) - 1 çay qaşığı

Düyü sirkəsi - 1 çay qaşığı

Soya sousu - 4 xörək qaşığı

Su - 2 xörək qaşığı

Qarışdırıb sous hazırlayın.



Hazırlanması:

Klyarın hazırlanması üçün tempura ununu suda həll edin (250 ml suya 150 qr. un), yaxşıca çalıb 10 dəqiqəlik soyuducuya qoyun.

Buz qırıntıları da əlavə edə bilərsiniz.

Bu zaman ərzində krevetləri hazırlamaq olar. Bunun üçün onların qabıqlarını təmizləyin, kəsib içini təmizləyin.

Krevetlərin qarınlarını iti bıçaqla müxtəlif istiqamətlərdə uzununa kəsin.

Sonra krevetlərin bişəndə burulmaması üçün onları düzəldin. Hazır krevetləri una bələşdirin.

Bitki yağını tavaya töküb demək olar ki, qaynara düşənə kimi qızdırın.

Klyarı soyuducudan çıxarın, krevetləri klyara batırıb ehtiyatla qaynayan yağa qoyun.

Bir neçə dəqiqə, xəmir azca qızarana kimi bişirin.

Krevetləri yağdan kəfkirlə çıxarıb salfetlərin üzərinə düzün ki, artıq yağ salfetə hopsun.

Tempur krevetlərini həm sərbəst şəkildə, həm roll hazırlanmasında istifadə etmək olar.

Sonda küncütlə bəzəyin. Eyni qayda ilə göbələk, tərəvəz, hətta göyərtini də klyarda hazırlayıb krevetlərlə süfrəyə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!