Karib üsulu aş resepti

Karib üsulu aş resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:

1 st. düyü

1 soğan

2 diş sarımsaq

0,5 əd. şirin bibər

1 banka qırmızı lobya konservi

1 bulyon kubiki

3 x.q. bitki yağı

1 ç.q. zirə

1,5 st. qaynar su

0,5 ç.q. duz



Hazırlanması:

Dibi qalın tavada xırda doğranmış soğan və sarımsağı bitki yağında qovurun.



Şirin bibər, bulyon kubiki (əlinizdə ovxalayın) və cirə əlavə edin. 1 dəqiqə sonra düyünü əlavə edin, 3-4 dəqiqə qarışdıra-qarışdıra qovurun.

Qaynar suyu və qırmızı lobyanın konservinin suyunu, duz əlavə edin, qarışdırın. Qaynara düşəndə ocağı azaldın, qapağını örtün və 10 dəqiqə bişirin. Qırmızı lobyanı əlavə edib ehtiyatla qarışdırın, qazanın qapağını örtüb daha 5 dəqiqə bişirin.

Boşqaba çəkəndə üzərinə limon sıxa və 1-2 x.q. qaymaq (yaxud xama) əlavə edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!