Uşaqlar üçün pendirli toyuq şorbası resepti

Uşaqlar üçün pendirli toyuq şorbası resepti
Yeməklər
10.09.2017 44
Tərkibi:

Toyuq filesi - 0,5 kq

Kök - 1 ədəd

Soğan - 1 ədəd

Kartof - 1 ədəd

Düyü - 80 q

Pendir - 20q

Su - 1,5 l

Duz



Hazırlanması:

Qazana suyu töküb qaza qoyulur, duz tökülür.

Toyuq filesi yuyulur, suya salınıb yarım saat qaynadılır.

Soğan xırda-xırda doğranır.

Kök sürtkəcdən keçirilir.

File bişdikdən sonra qazandan çıxarılır.

Qazandakı bulyona düyü əlavə edilib 10 dəqiqə qaynadılır.

Soğan və kök də qazana əlavə edilir.

Kartof xırda kub şəklində doğranır.

Şorba qaynadıqda kartof qazana əlavə edilib 10 dəqiqə qaynadılır.

Bişmiş toyuq filesi xırda-xırda doğranıb qazana əlavə edilir. Kartofu bişdikdən sonra qazan oddan götürülür.

Süfrəyə verildikdə boşqablara çəkilib üzərinə pendir əlavə edilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!