Barmaq kababı resepti

Barmaq kababı resepti
Yeməklər
10.09.2017 51
Tərkibi:

700 q mal və ya quzu əti

200 q kərə yağı

2 baş soğan

2 x.q. tomat pastası

3 badımcan

6 acı istiot

su

0,5 dəstə cəfəri

3 pomidor

duz

istiot

kəklikotu

bitki yağı



Hazırlanması:

Əti quşbaşından bir az iri doğrayıb yuyun. 2 st. su ilə bişirib bir kənara qoyun.



Kərə yağında xırda doğranmış soğanı qovurun. Tomat pastası və əti əlavə edin. 2-3 dəqiqə qovurduqdan sonra 2 st. su əlavə edin, duz vurub 20-25 dəqiqə orta itilikli ocaqda bişirin.



Badımcan və istiotları 5 sm uzunluqda doğrayın. Badımcanları duzlu suda saxlayıb acısını çıxarın. Süzüb quruladıqdan sonra bitki yağında qovurun.



Sonra həmin yağda istiotları da qovurun.



Əti xırda küpələrə paylaşdırın. Üzərinə kəklikotu və qara istiot səpin. Qızarmış badımcan və istiotları əlavə edib cəfəri səpin. Ən üstdə halqa doğranmış pomidorları yerləşdirin.



180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!