Sobada küftə kartof resepti

Sobada küftə kartof resepti
Yeməklər
10.09.2017 4
Tərkibi:

2-3 ədəd kartof

2-3 ədəd yaşıl bibər

2 ədəd pomidor

maye yağ

1.5 x.q.tamat

 

Küftəsi üçün:

yarım kq çəkilmiş ət

1 ədəd soğan 2-3 diş sarmısaq

1 ədəd yumurta

yarım su stəkanı qədər bayat çörək qırıntıları

duz

qarabibər,pulbibər -qırmızı bibər

 

Hazırlanması:

Əvvəlcə küftələr hazırlanır.Bunun üçün soğan bir neçə parçaya ayrılaraq sarımsaqları və yumurta ilə mətbəx robotundan keçirilir.İncə hala gələn soğanlar və sarmısaqlar çəkilmiş ətə əlavə olunur.Bayat çörəyin içi,ədviyyatlar və duz əlavə olunaraq küftə yoğurulur.Çəkilmiş ət yaxşıca yoğrulur və bir qədər dinlənməyə qoyulur.Qiymədən ovuc böyüklüyündə kotletlər hazırlanır.Sonra kartoflar qalınca dilimlənir.Tavada maye yağ isidilərək küftələr və kartoflar yüngülcə qızardılır.Və küftə və kartoflar qızardılınca qazana alınırlar,üstünə tomatlı isti su tökülür.Doğranmış pomidorlar və bibər də küftə və kartofların üstünə əlavə olunur.Təxminən 25 dq qədər sobada bişirilir.

Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!