Sobada qat qat xəmirli kabab resepti - FOTO RESEPT

Sobada qat qat xəmirli kabab resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 46
Tərkibi:

500 qr. çəkilmiş ət

500 qr. qat qat xəmir

1 ədəd soğan

2 diş sarımsaq

3 x/q soya sousu

zövqə görə duz və istiot

 

Hazırlanması:

 



1. Soğanı xırda xırda doğrayırıq. Çəkilmiş ətə əlavə edib duz, istiot , sarımsaq və soya sousunu  da əlavə edib yoğururuq.

 



 2. Ətdən kiçik toplar hazırlayırıq. Bir çöpə hardasa 4 ət topu yerləşir

 



3. Qat qat xəmiri  düzbucaqlı şəklində yayırıq. Sonra nazık hissələrə bölürük. Hissələrin eni ət toplarından böyük olmasın

 



4. Çöpləri əvvəlcə suya batırırıq. Sonra aşağıdakı şəkildəki kimi ət topları var qat qat xəmiri sıra ilə çöpə keçiririk

 



5. Əvvəlcədən qızdırılmış yağlanmış soba qabına yerləşdirib 180° С -də hazır olana qədər bişiririk

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!