Mal ətindən polpetta resepti

Mal ətindən polpetta resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:

duz

qara istiot

3 reyhan yarpağı

2 bişmiş kartof

2 x.q. bitki yağı

2 x.q. narın suxarı

4 diş sarımsaq

500 q bişmiş mal əti

150 q rikotta (süd məhsulu, bəzən pendirlə eyniləşdirirlər)

2 yumurta



Hazırlanması:

Kartofu qabıqlı bişirin. Qaynar-qaynar qabığını soyun, püre hazırlayın. Reyhan yarpaqlarını xırda doğrayın. Sarımsağı təmizləyib xırda doğrayın.



Bişmiş mal ətini xırda doğrayın (bu zaman yağını və piyini ayırın). Kartof, yumurta və rikotta ilə qarışdırın. Sarımsaq, göyərti, duz, istiot vurub yenə qarışdırın.



Yumru polpettalar (kotlet) hazırlayın, suxarıya batırıb qaynar yağda hər tərəfini 5 dəqiqə qızardın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!