Çin börəyi resepti

Çin börəyi resepti
Yeməklər
10.09.2017 31
Tərkibi:

4 yuxa

4-5 yumurta sarısı

5-6 dilim boyat çörək



İç:

1 kartof

1 soğan

1 diş sarımsaq

2 yerkökü

2 qırmızı bolqar bibəri

2 qırmızı acı istiot

1 ç.q. duz

1 ç.q. şəkər tozu

1 x.q. soya sousu

1 x.q. küncüt yağı

500 q qiymə

1 ç.q. kərə yağı



qızartmaq üçün bitki yağı



Hazırlanması:

Kartof, soğan, sarımsaq və yerkökünün qabığını soyub 4 yerə bölün. Bibər və istiotları, duz, şəkər tozu, soya sousu və küncüt yağını da əlavə edib blenderdən keçirin (çox xırdalamayın).



Tavaya töküb qiymə və kərə yağı əlavə edərək bişirin.



Hər yuxanı 6 yerə bölün (cəmi 24 ədəd üçbucaq alınacaq).



Üçbucaq yuxaların geniş hissələrinə soyumuş içdən qoyub siqara börəyi kimi bükün.



Boyat çörək dilimlərini 170 dərəcə qızdırılmış sobada qızardın. Blenderdən keçirin. Börəkləri öncə çalınmış yumurta sarısına, sonra çörək ovuntuğuna batırıb qızdırılmış bitki yağında qızardın.



Süfrəyə isti-isti verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!