Küftəli düyü şorbası resepti

Küftəli düyü şorbası resepti
Yeməklər
10.09.2017 30
Tərkibi:

uzun düyü — 100 qr.

sarımsaq — 1 diş

bitki yağı — 1 x.q.

göy soğan — 1 ədəd

pomidor — 150 qr.

çəkilmiş ət — 250 qr.

bulyon — 1,5 l

soya sousu — 2 x.q.

doğranmış cəfəri — 2 x.q.



Hazırlanması:

Düyünü duzlu suda qaynadın. Sarımsağı təmizləyin, doğrayıb isidilmiş bitki yağında azca qızardın. Alovdan götürüb soyudun. Göy soğanı təmizləyib kiçik halqalarla doğrayın. Pomidorları iki bölün. Çəkilmiş əti sarımsaq və göy soğanla qarışdırın, zövqə görə duz, istiot əlavə edin. Çəkilmiş ətdən kiçik küftələr düzəldin. Bulyona soya sousu və istiot əlavə vurub küftələri kiçik alovda bulyonda qaynadın (təxminən 4 dəqiqə). Düyünü pomidrolarla birlikdə şorbaya əlavə edin. Daha 3 dəqiqə bişirib soya sousu əlavə edin. Süfrəyə verməmişdən əvvəl üzərinə cəfəri səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!